21:22 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
8 0 0

Sürücü bildirib ki, hadisəyə səbəb Gədəbəydən Bakıya hərəkət edən mikroavtobusun şininin partlaması olub.

BAKI, 11 sentyabr — Sputnik. Şəmkirdə mikroavtobusun aşması nəticəsində xəsarət alanların sayı artıb.

Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 1993-cü il təvəllüdlü Allahverdiyev Xaləddin Ələddin oğlu, 1979-cu il təvəllüdlü Məmmədova Zinurə İbrahim qızı, 2010-cu il təvəllüdlü Məmmədli Rəcəb Güloğlan oğlu, 1977-ci il təvəllüdlü Məmmədov Güloğlan Səhliyalı oğlu, 1972-ci il təvəllüdlü Allahverdiyev Zümrüd Əlisultan oğlu, 2004-cü il təvəllüdlü Məmmədli Röyal Güloğlan oğludur.

Sürücü bildirib ki, hadisəyə səbəb Gədəbəydən Bakıya hərəkət edən mikroavtobusun şininin partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular