CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan avqustda OPEC+ öhdəliyini artıqlaması ilə yerinə yetirib

© REUTERS / © REUTERS/Dado Ruvic/IllustrationЛого ОПЕК, фото из архива
Лого ОПЕК, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
Kartelə daxil olan ölkələrin nazirlərinin iyul ayında keçirilmiş iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması nəzərdə tutulub.
BAKI, 10 sentyabr — Sputnik. Bu ilin avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib.
Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, OPEC+ ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.
Qeyd edək ki, OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.
Həmçinin oxuyun:
Azərbaycanın qeyri-neft ixracının iki dəfə artırılması hədəflənir
Xəbər lenti
0