Ən çox turist qəbul edən milli parklar açıqlandı

© Sputnik / Ilham Mustafayev Göygöl gölü
 Göygöl gölü - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Abunə olmaq
Milli parklarımıza 2021-ci ilin əvvəlindən bu günədək ümumilikdə 195015 nəfər turist səfər edib. Gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.
BAKI, 9 sentyabr — Sputnik. Ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımızın adı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunlar Göygöl, Şahdağ və Abşeron milli parklarıdır.
Sputnik Azərbaycan-ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, milli parklarımıza 2021-ci ilin əvvəlindən bu günədək ümumilikdə 195015 nəfər turist səfər edib. Gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.
Xidmət rəsmisinin sözlərinə görə, son illər milli parklara gələn turistlərin sayında artım müşahidə olunur ki, bu da ilk növbədə insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə, təbliğat işləri ilə yanaşı, ekoturizmin təbliği məqsədilə milli parklarda təşkil olunan maarifləndirici tədbirlərlə əlaqədardır:
"Biz bu gün xüsusi iftixarla deyə bilərik ki, milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir və turistlər bu gözəllikləri həvəslə ziyarət edərək, həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur".
Xəbər lenti
0