Ağdam şəhəri minalardan tam təmizlənib

© Photo : REPORTУказатель мины
Указатель мины - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Şəhərin ərazisi minalardan təmizlənib və abadlıq-quruculuq işləri davam etdirilir. Ərazidə elektrik enerjisi, su xətləri çəkilir, yollar tikilir.
BAKI, 7 sentyabr — Sputnik. Ağdam şəhərinin ərazisi mina və partlamamış sursatlardan tam təmizlənib.
Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bunu Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev bildirib.
O deyib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir: "Şəhərin ərazisi minalardan təmizlənib və abadlıq-quruculuq işləri davam etdirilir. Ərazidə elektrik enerjisi, su xətləri çəkilir, yollar tikilir. Hazırda kəndlərin ərazisində təmizlənmə prosesi davam edir".
Qeyd edək ki, iyulun 30-na olan məlumata görə, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı 3500 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 20 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatına görə, avqustun 30-dan sentyabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 164, tank əleyhinə 72 mina və 235 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 188 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, ötən bir ay ərzində Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 455 piyada əleyhinə mina, 70 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Həmçinin oxuyun:
* Erməni terrorunun bariz nümunələri aşkarlandı
* Azad olunmuş ərazilərdə minaların təmizlənməsinə 500 min funt vəsait ayrılıb
Xəbər lenti
0