CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün əzəmətli səsi ilə qəlblər fəth etmiş bədii qiraətçi İlham Əsgərovun anım günüdür

© Photo : From personal archives Ilham Askerovİlham Əsgərov - aktyor
İlham Əsgərov - aktyor - Sputnik Azərbaycan, 1920, 06.09.2021
Abunə olmaq
"Böyük ömrün davamı", "Cavad xan", "Cavid ömrü", "Doğma sahillər", "Dönüş", "Düma ömrünün qırx günü", "Ər və Arvad", "Fatehlərin divanı", "Fədakar", "Güllələnmiş heykəllər" kimi 40-dan artıq filmə çəkilən aktyor teatr səhnəsində də onlarla tamaşada rol alıb.
BAKI, 6 sentyabr — Sputnik. Bu gün əzəmətli səsi ilə qəlblərə yol tapmış bədii qiraət ustası, xalq artisti İlham Əsgərovun anım günüdür. Sputnik Azərbaycan xəbər verir ki, İlham Əsgərov 16 iyul 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.
İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri idi.
"Böyük ömrün davamı", "Cavad xan", "Cavid ömrü", "Doğma sahillər", "Dönüş", "Düma ömrünün qırx günü", "Ər və Arvad", "Fatehlərin divanı", "Fədakar", "Güllələnmiş heykəllər" kimi 40-dan artıq filmə çəkilən aktyor teatr səhnəsində də onlarla tamaşada rol alıb. Bundan əlavə, o Vilyam Şekspirin "İki veronalı" (Valentin), İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" (Valeh), Aslan Qəhrəmanovun "Səndən xəbərsiz" (Fərrux), Mar Bayciyevin "Ər və arvad" (Əziz), Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?" (Fikrət", Mövlud Süleymanlının "Fatehlərin divanı" (Bilgə xaqan) kimi televiziya tamaşalarında unudulmaz obrazlar yaradıb.
Sevilən aktyor 2015-ci il sentyabrın 6-da dünyasını dəyişib. Sentyabrın 7-də isə doğulub-böyüdüyü Masallı rayonun Xançobanlı kəndində dəfn olunub.
Xəbər lenti
0