CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev paralimpiyaçıları müxtəlif məbləğdə pul ilə mükafatlandırdı

© AFP 2023 / PHILIP FONGЧлен сборной Азербайджана на церемонии открытия Паралимпийских игр в Токио
Член сборной Азербайджана на церемонии открытия Паралимпийских игр в Токио - Sputnik Azərbaycan, 1920, 06.09.2021
Abunə olmaq
Birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat mükafat təyin olunub.
BAKI, 6 sentyabr — Sputnik. Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərənacama əsasən, Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
- birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;
- ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;
- üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Həmçinin oxuyun:
Prezident paralimpiyaçıları təltif etdi - Siyahı
Xəbər lenti
0