08:11 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
383 0 0

Mücahidlər Əfqanıstan xalqını əmin ediblər ki, taliblər və onların havadarlarına qarşı mübarizə ədalət və azadlıq zəfər çalana kimi davam etdiriləcək.

BAKI, 6 sentyabr — Sputnik. Pəncşir mücahidləri Talibanın* əyalati tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam etdirəcəklərini bildiriblər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.

"Müqavimət cəbhəsinin gücləri bütün vadi boyunca ən strateji mövqelərdə qərar tutublar. Biz Əfqanıstan xalqını əmin edirik ki, taliblər və onların havadarlarına qarşı mübarizə ədalət və azadlıq zəfər çalana kimi davam etdiriləcək", – deyə müqavimət hərəkatının "Twitter" hesabında bildirilib.

Qeyd edək ki, avqust ayında Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir. Bu ərazidə səhra komandiri Əhməd Məsudun rəhbərliyi altında taliblərə qarşı müqavimət göstərən qüvvələr toplaşıblar.

Xatırladaq ki, sentybarın 4-də Taliban Pəncşirin dörd rayonunu – Şutal, Ənnəba, Paryan və Hinc – nəzarət altına aldığını və əyalətin mərkəzinə doğru irəlilədiyini bəyan etmişdi. Bu gün səhər saatlarında isə artıq Pəncşirin tamamilə taliblərə təslim olduğu bildirilmişdi.

*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı

Teqlər:
Taliban

Əsas mövzular