18:30 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Gəncədə Nizaminin yaradıcılığına həsr olunmuş xüsusi Beynəlxalq Mərkəzin yaradılması, ilk növbədə, böyük müdrik şairin xatirəsinin doğma ölkəsi Azərbaycanda yaşayacağını təmin edəcək.

BAKI, 6 sentyabr — Sputnik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ABŞ-ın Nyu-York şəhərində dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi çərcivəsində "Nizami Gəncəvi: Şair və Müdrik" kitabının təqdimatını keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, mərkəzin həmsədri İsmayıl Seragəldinin müəllifliyi ilə hazırlanan "Nizami Gəncəvi: Şair və Müdrik" kitabı BMT-nın Baş Assambleyası çərcivəsində təşkil olunan XXI ali səviyyəli toplantısında təqdim olunacaq.

Qeyd edək ki, 2012-ci ildə Gəncədə Nizaminin yaradıcılığına həsr olunmuş xüsusi Beynəlxalq Mərkəz yaradılıb.  Mərkəzin yaradılmasında məqsəd ilk növbədə, böyük müdrik şairin xatirəsinin doğma ölkəsi Azərbaycanda yaşayadılmasıdır.

Mərkəzin ikinci, eyni dərəcədə əhəmiyyətli bir missiyası Nizami haqqında kitabları mümkün qədər fərqli dillərdə əlçatan etməklə bu işlər sadəcə davam etdirmək, gələcəkdə daha da gücləndirməkdir.

Xatırladaq ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. "Nizami Gəncəvi İli"nin elan olunmasında məqsəd, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda, Nizami irsinin rolunu araşdırmaqdır.

Əsas mövzular