Mətbuat katibinə yüksək vəzifə verildi

© Sputnik / Murad OrujovMilli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə - Sputnik Azərbaycan, 1920, 03.09.2021
Abunə olmaq
Əmrə əsasən, bu vəzifəyə Kənan Quluzadə təyin olunub. O, Dövlət Turizm Agentliyinin mətbuatla əlaqələrinin qurulmasında səmərəli fəaliyyəti ilə seçilir.
BAKI, 3 sentyabr — Sputnik. Dövlət Turizm Agentliyinin (DTA) sədrinə yeni müşavir təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı DTA sədri Fuad Nağıyev əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Kənan Quluzadə təyin olunub. Qeyd edək ki, K.Quluzadə bu təyinatadək Agentliyin mətbuat katibi vəzifəsində çalışıb. Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, bundan sonra da mətbuatla işini davam etdirəcək.
Qeyd edək ki, K.Quluzadə Dövlət Turizm Agentliyinin mətbuatla əlaqələrinin qurulmasında səmərəli fəaliyyəti ilə seçilir.
Xəbər lenti
0