00:11 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
119 0 0

Gecə saatlarında güclü külək davam etsə də, ayın 4-də səhər külək mülayimləşəcək. Sentyabrın birinci ongünlüyündə daha çox sərin hava üstünlük təşkil edəcək.

BAKI, 3 sentyabr — Sputnik. Bu ilin avqust ayında 2010-cu ildən sonra ikinci ən uzun müddətli isti hava dalğası qeydə alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ay ərzində havanın temperaturu iqlim normasından 5 dərəcə yüksək olub. Zəif cənub-şərq və qızmar cənub küləkləri üstünlük təşkil edib. Hava daha çox Abşeron yarımadasında bürkü idi.

Umayra Tağıyeva bildrib ki, nəhayət, sentyabrın 2-si axşama doğru ölkə ərazisinə azor antisiklonunun daxil olması nəticəsində hava şəraiti dəyişib:

"Xəzri əsdi. Bununla da havanın temperaturu aşağı endi. Respublikanın bir sıra rayonlarında güclü külək qeydə alındı. Küləyin maksimal sürəti Tovuzda 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-ə çatdı".

O qeyd edib ki, bu gün gündüz saatlarında külək mülayimləşəcək. Lakin axşama doğru Bakıda və Abşeron yarımadasında yenidən küləyin 25-30 m/s-ə qədər güclənəcəyi proqnozlaşdırılır. Gecə saatlarında güclü külək davam etsə də, ayın 4-də səhər külək mülayimləşəcək. Sentyabrın birinci ongünlüyündə daha çox sərin hava üstünlük təşkil edəcək. Çünki artıq 6-sı axşam saatlarından başlayaraq birinci ongünlüyün sonuna kimi arabir güclənən şimal küləyinin üstünlüyü gözlənilir. Havanın temperaturu paytaxtda 28-30-31 dərəcədən yüksək olmayacaq.

Əsas mövzular