Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Xəzərdə dalğalar 5 metrə yüksəlib, ölkədə qeyri-sabit hava şəraiti davam edir

© AFP 2023 / FRED TANNEAUDənizdə dalğalar
Dənizdə dalğalar - Sputnik Azərbaycan, 1920, 10.09.2023
Abunə olmaq
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Kürdəmir, Qusar, Quba, Xaldan, Balakən, Şabran, Şahdağda arabir yağış yağıb. Bəzi yerlərdə güclü külək əsib.
BAKI, 10 sentyabr — Sputnik. Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sentyabrın 10-u saat 14:30-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Kürdəmir, Qusar, Quba, Xaldan, Balakən, Şabran, Şahdağda arabir yağış yağıb. Bəzi yerlərdə güclü külək əsib.
Külək: Şimal-qərb küləyi arabir Mingəçevirdə 30 m/s, Naftalanda 24 m/s, Göyçay, Ağdamda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Beyləqan, Tərtər, Bərdə, Yevlax, Gəncə, Naxçıvanda 18 m/s, Kürdəmirdə 15 m/s-dək, Bakıda və Abşeron yarımadasında 30-35 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.
03.09.21, 12:01
Ölkə ərazisində faktiki hava açıqlanıb. ETSN-dən Sputnik Azərbaycan-a bildirilib ki, sentyabrın 3-ü saat 09:00 -a olan məlumata əsasən, ölkə ərazisındə hava şəraiti əsasən yağmursuz keçib, Qusarda isə 0.3 mm yağış yağıb, bəzi rayonlarda şimal-qərb küləyi güclənib.
Küləyin maksimal sürəti Tovuzda 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bərdədə 26 m/s, Zərdab, Ağdam, Mingəçevirdə 24 m/s, Şərur, Ağstafada 20 m/s, Xaçmaz, Ceyrançöldə 18 m/s, Kəlvəz, Yevlax, Xınalıqda 16 m/s, Şəmkirdə 15 m/s təşkil edib.
Külək Bakıda arabir 23 m/s, Neft Daşlarında 24 m/s, Pirallahı, Qum adası, Çilov adasında 20 m/s, Maştağada 19 m/s, Sumqayıt, Binə 18 m/s -dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.6 metrə çatıb.
Xəbər lenti
0