CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qapısı açılmayan kafe-restoranlarda son vəziyyət - SORĞU

© Sputnik / Murad OrujovВ Баку после смягчения карантинного режима возобновили работу рестораны и кафе, 1 февраля 2021 года
В Баку после смягчения карантинного режима возобновили работу рестораны и кафе, 1 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 02.09.2021
Abunə olmaq
Vaksin pasportu ilə bağlı qərarın ləğvi tələb olunur. Sahibkarlar bildirir ki, belə davam edərsə, vəziyyət daha da acınacaqlı olacaq.
 
BAKI, 2 sentyabr — Sputnik. Artıq ötən gündən etibarən iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə giriş üçün vətəndaşlardan mütləq qaydada COVID-19 pasportu tələb olunur. Oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə ictimai iaşə obyektlərinə daxil ola biləcəklər.
Maraqlıdır, Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarının güdəlik olaraq üz tutulan kafe-restoranların fəaliyyətinə təsiri necə olub?
Sputnik Azərbaycan bununla bağlı kafe-restoranlar arasında sorğu keçirib:
"Çay Bağı 145"-dən bildirilib ki, yeni qərarla müştərilərin sayında gözəçarpacaq dərəcədə azalma var:
"Hətta deyərdik ki, müştərilərin sayında 70 faizədək azalma var. Müştərilərin vaksin pasportlarının applikasiya vasitəsilə yoxlanılmasına gəldikdə isə, qeyd edək ki, hazırda portallar donduğuna görə, gələn qonaqlarımız vəsiqə və vaksin pasportlarını göstərirlər. COVID-19 pasportu, yaxud da əks-sertifikat sənədi olmayan qonaqlarımız isə açıq havada xidmətlərimizdən yararlanırlar".
"Çanaqqala" restoranın da bildirilib ki, ötən gündən etibarən artıq müştərilərin sayında azalmalar nəzərə çarpır:
"Ötən gün ilk gün idi, müştərilərin sayında müəyyən qədər azalma müşahidə olunurdu. Lakin bu azalma bir o qədər də gözəçarpacaq həddə deyil. Qeyd edək ki, artıq vaksin olunanların da sayında artım var. Bizim qonaqlar arasında da pasportu olanlar daha çoxluq təşkil edir".
"Mona Liza" restoranından isə bildirilib ki, ilk günlər olduğundan hələlik ki, elə də ciddi fərq hiss olunmur. Onlar bunun səbəbini ümumiyyətlə, son zamanlar davam edən durğunluqla izah edirlər:
"Müştərilərin sayında bir müddət öncədən də azalma vardı. İş onsuz da zəif idi".
Restorandan vaksin sənədlərinin yoxlanışı zamanı hansısa çətinliklərin olmadığı bildirilib.
"Tonqal" restoranında vəziyyət digərləri ilə müqayisədə daha ürəkaçandır. Restorandan yeni qərarın müştəri sayına heç bir təsir etmədiyi bildirilib.
"Agora Club" restoranında isə vəziyyət tamamilə fərqlidir. Restoran ötən gündən etibarən qonaqların üzünə həsrət qalıb:
"Son yeniliklər bizim fəaliyyətimizə tamamilə mənfi təsir edib. Çox böyük zərər gördük. Heç bir qonağımız yoxdur. İki-üç gün öncə isə vəziyyət daha yaxşı idi. Hazırda çətin bir dövr yaşayırıq. Bundan sonra böyük ticarət mərkəzləri və iaşə obyektləri üçün çox çətin olacaq".
Restoran rəsmisi hotlellər, kafe-restoranlar, eyni zamanda böyük ticarət mərkəzlərinin fəaliyyətinə təsir edən bu qərarla bağlı təkliflə çıxış edib:
"Bu qərar ləğv olunmalıdır, yoxsa ki, hər kəs iflasa uğrayacaq. Belə davam edərsə, restoran-kafe, alış-veriş mərkəzlərinin də fəaliyyəti belə davam edərsə, iflic olacaq".
Qeyd edək ki, 1 sentyabr tarixindən yaşı 18-dən yuxarı olan şəxslər iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə COVID-19 pasportu ilə daxil ola bilərlər.
Peyvənd olunmayan şəxslər həmin obyektlərə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər üçün 200 manatdan 400 manatadək, vəzifəli şəxslər üçün isə 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Həmçinin oxuyun:
Həftəsonu qadağası virusla mübarizədə effekt vermir! - Ekspertlər
Xəbər lenti
0