20:42 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
16 0 0

AMB-nin valyuta ehtiyatları son 1 ildə 8,6%, ilin əvvəli ilə müqayisədə 10,6% artıb. Ötən ilin sonu ilə müqayisədə isə Mərkəzi Bankın valyuta ehtiyatları 673.2 milyon dollar artıb.

BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu ilin avqustun 31-nə Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 42,6 milyon dollar təşkil edib.

Avqust ayında valyuta ehtiyatları 546,1 milyon dollar artıb. İyulun sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 496,5 milyon dollar təşkil etmişdi.

Ötən ilin sonu ilə müqayisədə isə Mərkəzi Bankın valyuta ehtiyatları 673.2 milyon dollar artıb.

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları son 1 ildə 8,6%, ilin əvvəli ilə müqayisədə isə 10,6% artıb.

Həmçinin oxuyun:

Azərbaycanda xarici valyutalara tələb azalıb, əhali isə dayanmadan rubl alır

Teqlər:
bank, valyuta

Əsas mövzular