CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sirtaki"nin müəllifi vəfat edib

© AP Photo / Nikolas GiakoumidisYunan bəstəkar Mikis Teodorakis
Yunan bəstəkar Mikis Teodorakis - Sputnik Azərbaycan, 1920, 02.09.2021
Abunə olmaq
Dünya şöhrətli Mikis Teodorakisin əsərlərini məşhur "Bitls" qrupu, Edit Piaf və digər məşhur sənətçilər ifa ediblər.
BAKI, 2 sentyabr — Sputnik. Yunan bəstəkar Mikis Teodorakis 96 yaşında vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, uzun müddət xəstə olan bəstəkarın səhhəti son vaxtlar daha da pisləşibmiş.
M.Teodorakis 1925-ci ildə Yunanıstanda anadan olub. O, bəstəkarlıqla yanaşı şair, aktivist, siyasətçi kimi də tanınıb.
Ona dünya şöhrəti gətirən musiqi isə "Yunan Zorba" filmi üçün yazdığı "Sirtaki" əsəri olub. M.Teodorakis mahnılarını "Bitls" qrupu, Edit Piaf kimi sənətçilər ifa ediblər.
Bəstəkar 1983-cü ildə "Xalqlar arasında sülhü gücləndirdiyinə görə" Beynəlxalq Lenin Mükafatı laureatına layiq görülüb.
Həmçinin oxuyun:
Mediçi ailəsinin diqqətini cəlb etmiş azərbaycanlı musiqiçilər
Xəbər lenti
0