08:13 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
12 0 0

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.

BAKI, 2 sentyabr — Sputnik. Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrın 9-da əlavə imtahan keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, 2021-ci ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçiriləcək.

Bundan əlavə, sentyabrın 9-da cari il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də bu fəndən imtahan verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.

Bu imtahanlarda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Xatırladaq ki, bu il ilk dəfə olaraq 22-23 aprel tarixlərində respublikanın 26 şəhər və rayonunda buraxılış imtahanı keçirilib.

Həmçinin oxuyun:

Universitetlərdə təhsil haqqı yüksək, keyfiyyət isə aşağıdır - təklif

Teqlər:
imtahan

Əsas mövzular