14:37 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
30 0 0

Ukraynada "Yaroslavov Val" nəşriyyatında işıq üzü görən "Leyli və Məcnun" kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsidir.

BAKI, 1 sentyabr — Sputnik. "Kyiv Book Art Fest" Beynəlxalq Kitab Festivalında görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasının ukrayn dilinə tərcümə olunmuş kitabının təqdimatı olub.

Sputnik Azərbaycan xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Prezident İlham Əliyevin Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncamından irəli gələrək Ukraynada "Yaroslavov Val" nəşriyyatında işıq üzü görən "Leyli və Məcnun" kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsidir.

Ukraynanın əməkdar incəsənət xadimi, tanınmış yazıçı, tərcüməçi Aleksey Kononenko Ukrayna-Azərbaycan ədəbi prosesinin inkişafının əhəmiyyətindən və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin buna verdiyi son dərəcə əhəmiyyətli töhfəsindən danışıb. Onun sözlərinə görə, "Leyli və Məcnun" poemasının ukrayn dilində nəşri Nizami Gəncəvi irsinin dərindən öyrənilməsi baxımından əhəmiyyətlidir.

Layihənin məsul katibi Marina Qonçaruk isə çıxışında bildirib ki, kitabın nəşri Ukrayna-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına xüsusi önəm verir. Nizami Gəncəvi dünyəvi mütəfəkkir olduğu üçün bu cür layihələrin gerçəkləşdirilməsi olduqca vacibdir.

Tədbirin sonunda iştirakçılara Mərkəzin Ukraynada və digər ölkələrdə işıq üzü görmüş kitablarının nüsxələri təqdim olunub.

Qeyd edək ki, kitabı ukrayn dilinə görkəmli Ukrayna şairi və mütərcimi Leonid Pervomayski tərcümə edib. Kitabın redaktoru Qriqori Hüseynov, "Ön söz"ün müəllifi isə Aqafangel Krımskidir.

Xatırladaq ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. "Nizami Gəncəvi İli"nin elan olunmasında məqsəd, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda, Nizami irsinin rolunu araşdırmaqdır.

Məlumat üçün bildirək ki, Nizaminin "Leyli və Məcnun" əsəri "Xəmsə" toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılıb. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160-1197) ithaf edib. Əsərin süjetinin əsasında sonradan "Məcnun" (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim dastan dayanır. 4600 beytdən ibarət olan poema "Leyli və Məcnun" haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır. Nizami "Leyli və Məcnun" haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir.

Həmçinin oxuyun:

Nizaminin poeması əsasında bədii teleserial çəkilib

Teqlər:
Nizami Gəncəvi, Nizami Gəncəvi

Əsas mövzular