10:49 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

BAKI, 25 avqust — Sputnik. Ötən gün 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Belə ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 3 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, DİN tərəfindən davamlı olaraq bu cür monitorinqlər aparılır.

Həmçinin oxuyun:

Kef üstündən kefimizi gəldi, sordu... polislər: açıq havada "oturmaq" üçün sənəd gərəkdir?

Teqlər:
virus

Əsas mövzular