CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19-un müalicəsində tətbiq edilən dərmanlar təsirsizdir? İnfeksionistdən xəbərdarlıq!

© AFP 2023 / MICHELE SPATARIТаблетки, фото из архива
Таблетки, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.08.2021
Abunə olmaq
Həmin antiviral dərmanları protokollara yazan adam da yaxşı bilir ki, virusa təsir edən konkret dərman yoxdur. Favipiravir, Remdesivir və s. kimi preparatların koronavirusa təsiri elmi-tədqiqatlarla sübuta yetirilməyib.
BAKI, 25 avqust — Sputnik. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə koronavirusa qarşı istifadə edilən əksər dərman preparatlarının effektsiz olduğunu və yan təsirlərinin olduğunu bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, V.Cavadzadə bildirib ki, koronavirusa təsir edən konkret antiviral preparat mövcud deyil: "Baxmayaraq ki, protokollarda bir sıra dərmanlar yazılıb. Həmin antiviral dərmanları protokollara yazan adam da yaxşı bilir ki, virusa təsir edən konkret dərman yoxdur. Favipiravir, Remdesivir və s. kimi preparatların koronavirusa təsiri elmi-tədqiqatlarla sübuta yetirilməyib. Bu preparatlar ev şəraitində necə gəldi yazılır. Hətta həkimin göstərişi olmadan xəstələr özləri alıb qəbul edirlər. İnsanların sanki, beyninə yeriyib ki, bu preparatları alıb qəbul etsələr, sağalacaqlar. İxtisasından aslı olmayaraq bütün həkimlər bu dərmanları necə gəldi təyin edirlər. Çox sayda xəstələr var ki, bu preparatları qəbul etmədən sağalırlar. Antiviral preparatların olmayan xeyrindən çox, yan təsirləri həddən artıq çoxdur. Hələ dünyada sadə herpes virusunu məhv edən dərman preparatı tapılmayıb, qalmışdı ki, koronavirusa qarşı tapılsın", -  deyə infeksionist bildirib.
V.Cavadzadə deyib ki, zaman gələcək, bu antiviral preparatların COVID-19-un müalicəsində düzgün tətbiq edilmədiyi, neçə-neçə xəstənin COVID-dən yox, bu preparatların toksiki təsirindən dünyasını dəyişdiyi təsdiqlənəcək.
Həmçinin oxyun:
Həkim-infeksionist: COVID-19 əleyhinə peyvənd var, ancaq niyə heç bir dərman yoxdur?
Xəbər lenti
0