CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi qruplarda yerlərin sayında azalma, bəzilərində isə artım var

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Abunə olmaq
II qrupda 200 baldan yuxarı toplayanların dövlət sifarişli yerlərə qəbul olma şansı var. III qrupda isə 420-430 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olma şansı var.
BAKI, 23 avqust — Sputnik. Keçən illə müqayisədə II qrupda plan yerlərinin sayı 1 faiz azalıb, 158 yer təşkil edib. Dövlət sifarişli yerlərdə isə plan yerləri 2.79 faiz artıb, bu da 115 plan yeri təşkil edir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook” sosial şəbəkəsində canlı yayımda çıxışı zamanı deyib. O bildirib ki, III qrupda ötən illə müqayisədə 567 yer artıb.
"Əgər ixtisası düzgün seçilərsə, II qrupda 150 baldan yuxarı nəticə göstərənlərin ali məktəbə qəbulolma şansı yüksəkdir. Subbakalavrların da II qrupda qəbul olma şansı yüksəkdir, çünki hazırda onlar da müsabiqədə iştirak edirlər. Amma onların III qrupda qəbul olma şansı kifayət qədər aşağıdır".
M.Abbaszadə qeyd edib ki, hazırda dövlət sifarişli yerlərə qəbul şansı II qrupda yüksəkdir:
"II qrupda 200 baldan yuxarı toplayanların dövlət sifarişli yerlərə qəbul olma şansı var. III qrupda isə 420-430 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olma şansı var”.
III qrup haqda daha ətraflı danışan DİM rəsmisi bildirib ki, bu qrup üzrə cari ildə 600 baldan yuxarı nəticə göstərən 617 nəfərdir. Ötən il isə bu rəqəm 555 olub:
"Bu, o deməkdir ki, reytinqi yüksək olan ixtisaslarda müsabiqə vəziyyəti ağırlaşacaq. Məsələn, hüquqşünaslıq ixtisasına keçid balı 600 bal idisə, bu il daha yuxarı olacaq”.
M.Abbaszadə qeyd edib ki, ötən il keçid balları 400 baldan yuxarı formalaşmışdısa, bu il bu keçid balı artacaq. “150 baldan yuxarı nəticə göstərənlər keçən il 17964 nəfər idisə, bu il 16567 nəfərdir. Burada azalma var. Bu azalma müsabiqə vəziyyətinə təsir göstərməyəcək. III qrupda müsabiqə balları daha yüksək olacaq. Ola bilər ki, bəzi ixtisaslarda müsabiqə vəziyyəti ötənilki səviyyədə qalsın”.
Həmçinin oxuyun:
Məleykə Abbaszadə valideynlərə səsləndi
Xəbər lenti
0