20:04 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
28 0 0

Bosniya və Herseqovina komandası 3:0 hesab ilə qələbə çalıb. Azərbaycan millisi A qrupundakı ilk oyununda Belçika seçməsinə 0:3 hesabı ilə uduzub.

BAKI, 21 avgust — Sputnik. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununda Bosniya və Herseqovina yığmasına məğlub olub. Sputnik Azərbaycan xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci sınağından uğurla çıx bilməyib.

Rəqib 3:0 hesab ilə qələbə çalıb. Yığmamız ilk setdə 14:25, ikinci setdə 23:25, sonuncu setdə isə 17:25 hesabı ilə məğlub olub.

Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk oyununda Belçika seçməsinə 0:3 hesabı ilə uduzub.

Həmçinin oxuyun:

Azərbaycan-Portuqaliya oyununun biletləri satışa çıxarılır

Teqlər:
voleybol

Əsas mövzular