20:37 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 209,3 milyonu keçib, 4,39 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 19 avqust — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 236234-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 559 nəfər artıb.

Ermənistanda son gündə daha11 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 4727-ə çatıb. Xəstəlikdən sağalanların sayı 223443-ə çatıb. Hazırda bu ölkədə 6923 xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019 ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 209,3 milyonu keçib, 4,39 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Həmçinin oxuyun:

Teqlər:
yoluxma

Əsas mövzular