CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı başlayıb

© AFP 2023 / MENAHEM KAHANAРабота в офисе, фото из архива
Работа в офисе, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunur.
BAKI, 19 avqust — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər.
İmtahanda 760 abituriyentin iştirakı nəzərdə tutulub.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunur.
İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.
Həmçinin oxuyun:
Jurnalist olmaq istəyən 760 abituriyent qabiliyyət imtahanı verəcək
Xəbər lenti
0