Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan BE-200 təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

© © Turkish Presidency via AP, PoolПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.08.2021
Abunə olmaq
Göyərtədə beş rusiyalı hərbçi və Türkiyənin üç nümayəndəsi olub. Sonuncular heyətə yanğın ocaqlarının istiqamətini göstərirmişlər. Hadisənin araşdırılması üçün hadisə yerinə Rusiya MN-in komissiyası göndərilib.
BAKI, 15 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan BE-200 təyyarəsinin qəzaya uğraması ilə bağlı həlak olanların ailə üzvlərinə başsağlığı verib. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
Xatırladaq ki, Türkiyənin Rusiyadan icarəyə götürdüyü "BE-200" yanğınsöndürən təyyarəsi avqustun 14-də Kahramanmaraşda qəzaya uğrayıb, qəzanın görüntülərini 360 kanalı yayımlayıb.
Göyərtədə beş rusiyalı hərbçi və Türkiyənin üç nümayəndəsi olub. Sonuncular heyətə yanğın ocaqlarının istiqamətini göstərirmişlər. Hadisənin araşdırılması üçün hadisə yerinə Rusiya MN-in komissiyası göndərilib.
Rusiya lideri Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana yaxınları BE-200 təyyarəsində həlak olan türk vətəndaşlarına başsağlığı dilədiyi teleqram vurub.
Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edərkən həlak olan BE-200 təyyarəsinin rusiyalı heyəti ölümündən sonra dövlət mükafatlarına layiq görülüblər.
Həmçinin oxuyun:
Türkiyədə amfibiya təyyarəsi qəzaya uğrayıb, sağ qalan yoxdur
Xəbər lenti
0