Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə seldən ölənlərin sayı 30-a yaxınlaşır

© © IHA via AP Наводнение в городе Бозкурт (Кастамону)
 Наводнение в городе Бозкурт (Кастамону) - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
Ölüm hallarının 25-i Kastamonuda, 2-i isə Sinopda qeydə alınıb. Bartında itkin düşən 1 nəfərin axtarışları davam etdirilir.
BAKI, 12 avqust — Sputnik. Türkiyənin şimal rayonlarında sel fəlakətindən ölənlərin sayı 27-yə yüksəlib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Ölüm hallarının 25-i Kastamonuda, 2-i isə Sinopda qeydə alınıb.
Bartında itkin düşən 1 nəfərin axtarışları davam etdirilir.
22:48
Türkiyənin Qara dəniz bölgəsində güclü yağışlar səbəbindən həyatını itirən insanların sayı 17-yə yüksəlib. 
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. O, Twitter hesabında qeyd edib ki, həlak olanlar Kastamonu, Sinop və Bartın sakinləridir.
---------
18:15
Türkiyənin Qara dəniz bölgəsindəki Kastamonu vilayətində güclü yağışlar səbəbindən həyatını itirən insanların sayı 11-ə yüksəlib. 
Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsi (AFAD) məlumat verib. 
Qeyd olunur ki, Kastamonuda on, Sinopda bir nəfər həlak olub. Bartında itkin düşən bir nəfərdən hələ xəbər yoxdur.
 
---------
16:35
Türkiyənin Qara dəniz bölgəsindəki Kastamonu vilayətində güclü yağışlar səbəbindən həyatını iotirən insanların sayı 9-a yüksəldi. 
Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsi (AFAD) məlumat verib. 
Qeyd olunur ki, Bartında isə bir nəfər itkin düşüb.
--------
12:49
Türkiyənin şimalında daşqın nəticəsində həlak olanlar var. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, cümə günü Türkiyənin Qara dəniz sahilindəki Kastamonu əyalətində şiddətli sel nəticəsində 4 nəfər həlak olub, bir nəfər isə itkin düşüb.
"Kastamonu daşqınında 4 nəfər ölüb, Bartında isə bir nəfər itkin düşüb", - deyə Türkiyənin fövqəladə hallar və təbii fəlakətlər idarəsinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, təbii fəlakət baş verən rayonda axtarış-xilasetmə işləri davam edir.
Daha əvvəl Türkiyə səlahiyyətliləri Sinop, Bartın, Kastamonu əyalətlərində sel və daşqından zərər çəkmiş 13 nəfərin  Ayancık şəhərindəki xəstəxanasına təxliyə edildiyini bildiriblər.
Həmçinin oxuyun:
Külə dönən torpaq: Türkiyədə baş verən yanğınların nəticələri
Etibar Mirzəyev: Türkiyədəki yanğın ocaqlarında artıq son işlər görülür
Xəbər lenti
0