15:06 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
9 0 0

Bu mükafat 1949-cu ildə yaradılıb. ABŞ-da keçirilən beynəlxalq bir televiziya mükafatıdır. Emmy, Oskar (film üçün), Grammy (musiqi üçün) və Toni (teatr üçün) mükafatlarının televiziya ekvivalenti hesab olunur.

BAKI, 12 avqust — Sputnik. Koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsinə görə bu il "Emmy" mükafatlarının 73-cü təqdimetmə mərasimi qismən açıq havada keçiriləcək. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, mərasimin təşkilatçıları qonaqların sosial məsafəyə uyğun oturmasının təmini üçün Los-Ancelesdəki "Microsoft" Teatrının arxasında əlavə bir meydandan istifadə etmək qərarına gəliblər.

Bundan əvvəl mərasimin təşkilatçıları "qırmızı xalı"da qonaqların sayını məhdudlaşdırmaq niyyətlərini açıqlamışdılar. Belə ki, mükafatlandırma mərasimində hər bir layihənin komandasını ən çoxu dörd nəfər təmsil edə bilər.

Xatırladaq ki, keçən il "Emmy" mükafatlarının təqdimetmə mərasiminin yayımı izləyicilərin sayına görə televiziya reytinqləri tarixində antirekord qazanmışdı.

Qeyd edək ki, "Emmy" - 1949-cu ildə yaradılıb. ABŞ-da keçirilən beynəlxalq bir televiziya mükafatıdır. Emmy, Oskar (film üçün), Grammy (musiqi üçün) və Toni (teatr üçün) mükafatlarının televiziya ekvivalenti hesab olunur.

Həmçinin oxuyun:

Əsas mövzular