Müəllimlərin bu fənlər üzrə vakansiya seçimi başlayır

© AR Ministry of EducationMüəllimlər, arxiv şəkli
Müəllimlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.08.2021
Abunə olmaq
10 avqust saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
BAKI, 10 avqust — Sputnik. 10 avqust saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.
Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Həmçinin oxuyun: 
* Müəllim olmaq istəyənlər üçün son gün
Nazir müəllimlərin sertifikasiyası haqda: Proses humanist əsaslarla hazırlanıb
* Təhsil naziri müəllimlərin imtahanı ilə bağlı söz verdi
* Nazirlik müəllimlərin narazılığına cavab verdi
Xəbər lenti
0