CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda diplomu tanınmayan xarici universitet filiallarının adları açıqlanıb

© AFP 2023 / FRED DUFOURСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.08.2021
Abunə olmaq
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb
BAKI, 9 avqust — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu müraciətlərin əksər hissəsi adları aşağıda qeyd olunan ali təhsil müəssisələri ilə bağlıdır:
1. Dağıstan Dövlət Universiteti
2. Cənubi Rusiya Humanitar İnstitutu
3. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu
4. Rusiya Dövlət Sosial Universiteti
5. Moskva Dövlət Açıq Universiteti
6. Regionlararası Heyətin İdarəolunması Akademiyası
7. Müasir Humanitar Akademiya
8. "YUJDAQ" İnstitutu
9. Dnepropetrovsk Milli Universiteti
10.Hüquq və İdarəetmə Akademiyası (İnstitut)
11. Anadolu Universiteti
Bildirilib ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar ölkəmizdə tanınır:
1. Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);
2. Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);
3. V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);
4. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).
Həmçinin oxuyun:
Diplomu tanınmayanlar: Kimi təhsil aldığı ölkədə olmayıb, kimi də tədris dilini bilmir
MİQ imtahanları ilə bağlı narazılıqlara aydınlıq gətirildi
Xəbər lenti
0