İranın yeni prezidenti Azərbaycanla münasibətləri genişləndirmək istəyir

© Photo : Majid Asgaripour/WANA (West Asia News Agency) via REUTERSПрезидент Ирана Ибрахим Раиси, фото из архива
Президент Ирана Ибрахим Раиси, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.08.2021
Abunə olmaq
İranın yeni Prezidenti Seyid İbrahim Rəisi deyib ki, Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi üçün böyük addımlar atacaqlar.
BAKI, 7 avqust - Sputnik. Azərbaycan Respublikası ilə əlaqələrin daha da genişləndirilməsi üçün böyük addımlar atacağıq.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bunu İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisi deyib.
İran Prezidenti bildirib ki, müştərək tarixə, dinə və milli adət-ənənəyə malik olan qonşu və dost dövlətlər böyük potensiala malikdirlər. Bu potensialdan istifadə edib qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq lazımdır.
Seyid İbrahim Rəisi qeyd edib ki, yeni hökumət yaxın qonşuları ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirəcək. Bu baxımdan Azərbaycan İranın yaxın qonşusu və dost dövlətdir. Hazırda İran ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. Lakin bu əlaqələr daha da inkişaf edə bilər. İqtisadiyyat, texnologiya, kənd təsərrüfatı sahələrində qarşılıqlı əməkdaşlıq üçün böyük imkanlar var. İran şirkətləri işğaldan azad olunan Azərbaycan ərazilərinin bərpasında yaxından iştirak etməyə hazırdırlar.
Prezident diqqətə çatdırıb ki, regional təhlükəsizlik məsələsində də iki dövlətin əlaqəli fəaliyyəti zəruridir. Regionda sülhün və əmin-amanlığın davamlı xarakter alması üçün birgə addımların atılması vacibdir. Rəsmi Tehran və Bakı xalqların mənafeyi üçün daha sıx əməkdaşlıq əlaqələri qurmalıdır və əlaqələr davamlı xarakter almalıdır.
 
Xəbər lenti
0