Azərbaycan və Türkiyə sənət adamlarının birgə istehsal etdikləri filmin təqdimatı olub

© AFP 2023 / CLEMENT MAHOUDEAUПустой кинозал, фото из архива
Пустой кинозал, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.08.2021
Abunə olmaq
Ekran əsərində baş rollarda Türkiyənin dünyaca məşhur "Kurtlar Vadisi" serialından tanıdığımız Erhan Ufak və əslən Makedoniyadan olan Almaniya vətəndaşı Canan Nəzirova yer alıb. Filmdə Azərbaycandan da tanınmış aktyorlar rol alıblar.
BAKI, 7 avqust — Sputnik. Ötən gün "Nisan" filminin təqdimatı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, təqdimat mərasimində ekran əsərinin yaradıcı heyəti - rejissor İbrahim Bülbül, "Sənət Akademiyası"nın direktoru Səbuhi Zaman, Türkiyənin Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufakı, aktyor Rəşad Kəsəmənli və başqaları çıxış edərək film barədə məlumat veriblər.
Bildirilib ki, bu il aprelin 17-də Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi ilə Eslem Film Yapım Şirkəti arasında qardaş Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin yetişdirilərək üzə çıxarılması məqsədilə "Sənət Akademiyası" adlı təhsil mərkəzi təsis edilib.
Akademiyanın fəaliyyət istiqaməti mədəniyyətin bütün sahələrini əhatə etməyi hədəfləsə də, ilk addım aktyorluq dərslərindən başladı. Qeyd edilib ki, artıq bir neçə aydır qardaş Türkiyədən dəvət edilən məşhur sənət adamları azərbaycanlı gənclərlə öz səhnə təcrübələrini bölüşürlər. Akademiyada aktyorluq dərsləri keçən tələbələr bu şansdan maksimum faydalanmağa çalışırlar. Akademiyanın fəaliyyəti təkcə tədrislə kifayətlənmir, eyni zamanda, film və serial istehsalı ilə bağlı da planlamalar hazırlayır.
Yəni, bir tərəfdən akademiyada tanınmış türk ulduzları həm aktyorluq dərsləri keçirlər, digər tərəfdən də film istehsalı ilə bağlı ciddi çalışmalar aparılır. Məhz buna görə də qısa zaman içərisində Türkiyənin Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufak, şirkətin baş koordinatoru Yalçın Çoban, rejissor İbrahim Bülbül və əsas texniki heyət Bakıda çəkilişlərə başladılar. Bu başlanğıcla da Azərbaycan kino sahəsinə yeni nəfəs gətirilmiş oldu.
Qeyd edilib ki, Eslem Film Yapım Şirkətinin ilk layihəsi olan və çəkilişləri başa çatmış "Nisan" adlı film artıq hər kəsin marağına səbəb olub. İstehsalçısı və təşəbbüskarı Yalçın Çoban, rejissorluğu isə İbrahim Bülbülə aid olan bu möhtəşəm layihədə hər iki qardaş ölkədən tanınmış aktyorlar çəkiliblər.
Ekran əsərində baş rollarda Türkiyənin dünyaca məşhur "Kurtlar Vadisi" serialından tanıdığımız Erhan Ufak və əslən Makedoniyadan olan Almaniya vətəndaşı Canan Nəzirova yer alıb. Filmdə Azərbaycandan da tanınmış aktyorlar rol alıblar.
Xəbər lenti
0