Baramaçılıq və ipəkçilik sahəsində yeni dövlət standartı təsdiq edilib

© Sputnik / Shahperi AbbasovaBarama qurdunu bəsləmək olduqca səbir tələb edən işdir
Barama qurdunu bəsləmək olduqca səbir tələb edən işdir - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
Yeni standartın tətbiqi məhsulun keyfiyyətinin artırılmasına və rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə xidmət edəcək
BAKI, 3 avqust — Sputnik. Azərbaycanda baramaçılıq və ipəkçilik sahəsində beynəlxalq tələblərə uyğun keyfiyyət meyarlarının yaradılması məqsədilə AZS 897-2021 “Tut ipəkqurdunun yaş (diri) baraması” dövlət standartı təsdiqlənib. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.
Qeyd olunur ki, yeni dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiq edilib. Yeni sənədin qüvvəyə minməsi ilə əlaqədar olaraq AZS 145-2005 “Tut ipəkqurdunun diri barmaları. Texniki şərtlər” dövlət standartı qüvvədən düşüb.
Yeni standartın tətbiqi məhsulun keyfiyyətinin artırılmasına və rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə xidmət edəcək.
Qeyd edək ki, standart Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə hazırlanıb.
Eləcə də oxuyun:
Bəsləsən, atlas olar tut yarpağından: qurddan gəlir götürməyin qaydaları
Kəndlinin işi asanlaşdı, Yevlax sakini baramanı təmizləyən qurğu hazırladı
Azərbaycanda yeni assosiasiya təsis olunub
Xəbər lenti
0