02:02 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
2594 0 0

Vladimir Putin yanğınların söndürülməsi üçün Rusiyanın Türkiyəyə hərtərəfli yardım etməyi davam etdirəcəyini təsdiqləyib. Rəcəb Tayyib Ərdoğan göstərilən əməli yardıma görə minnətdarlığını bildirib.

BAKI, 31 iyul - Sputnik. Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə rəsmi Kreml məlumat yayıb.

Söhbət zamanı Türkiyənin cənubunda baş verən meşə yanğınları səbəbindən yaranmış fövqəladə hal müzakirə edilib. İki ölkənin bu təbii fəlakətlə mübarizədə qarşılıqlı fəaliyyətinin vacibliyi vurğulanıb.

Vladimir Putin yanğınların söndürülməsi üçün Rusiyanın Türkiyəyə hərtərəfli yardım etməyi davam etdirəcəyini təsdiqləyib. Rəcəb Tayyib Ərdoğan göstərilən əməli yardıma görə minnətdarlığını bildirib.

Prezidentlər Rusiya-Türkiyə çoxplanlı əməkdaşlığının aktual mövzularını əhatəli şəkildə nəzərdən keçiriblər. İkitərəfli hökumətlərarası komissiyanın bu ərəfədə keçirilmiş iclasının yekunları müsbət qiymətləndirilib. Ticari-iqtisadi, energetika və digər sferalarda əldə olunmuş razılaşmaların həyata keçirilməsinə qarşılıqlı əhval-ruhiyyə ifadə olunub.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, son 3 gündə Türkiyədə 85 yerdə meşə yanğını qeydə alınıb. Bu yanğınlardan 75-i artıq nəzarət altına alınıb. Yanğın nəticəində 4 nəfər dünyaını dəyişdi. Türkiyəyə yardım məqsədi ilə Rusuya da təyyarələr göndərib.

Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin ilk dəstəsi hazırda Türkiyənin Dalaman şəhərindədir. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib ki, Türkiyəyə göndərilən şəxsi heyətin sayı 100 nəfərdir.

Həmçinin oxuyun:

Rusiya təyyarələri Türkiyənin cənubunda meşə yanğınlarını söndürür

 

Əsas mövzular