COVID-19-a görə vaksinləşmə prosesinə camaat arasında münasibət necədir?

© AFP 2023 / MICHELE SPATARIВакцина от коронавируса Pfizer-BioNTech, фото из архива
Вакцина от коронавируса Pfizer-BioNTech, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Abunə olmaq
Virusa yoluxmaqdan qorxmayanlar sorğu iştirakçılarının 25,4%-ni təşkil etsə də, respondentlərin 15,9%-i artıq virusa yoluxduğunu, 4,4%-i isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

BAKI, 30 iyul — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yeni ştammlarının yüksək yoluxuculuq qabiliyyətinə malik olması və artıq bir çox dünya ölkələrində sürətlə yayılması ilə bağlı açıqlaması COVID-19 təhlükəsinin qarşıdakı aylarda da davam edəcəyini göstərir. Sputnik Azərbaycan xəbər verir ki, bu mövzu ilə əlaqədar olaraq MTM (Media Təhlil Mərkəzi) tərəfindən 16-22 iyul tarixlərində növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 800 respondentin 47%-ni qadınlar, 53%-ni kişilər təşkil edib.

Nəticələr göstərir ki, respondentlərin 54,3%-i koronavirusa yoluxmaqdan ehtiyat edir. Virusa yoluxmaqdan qorxmayanlar sorğu iştirakçılarının 25,4%-ni təşkil etsə də, respondentlərin 15,9%-i artıq virusa yoluxduğunu, 4,4%-i isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Bir neçə variant seçmək hüququna malik olan respondentlər “COVID-19 virusunun hansı ştammları daha təhlükəlidir?” sualına aşağıdakı kimi cavab veriblər:

Sars-Cov-2 – 6,1%;

Alfa (Britaniya) – 5,1%;

Delta (Hindistan) – 14,4%;

Delta+ – 14,6%;

Hamısı – 56%;

Heç biri – 24,4%.

Koronavirus pandemiyasının insanları hansı təhlükə və çətinliklərlə üz-üzə qoyduğunu öyrənmək məqsədilə verilən sualın cavabında respondentlərin 8,4%-i ərzağa və dərman vasitələrinə daha çox vəsait ayırdığını, 17,1%-i gəlirinin azaldığını bildirib. Cavab verənlərin 8,1%-i yaxınını itirdiyini, 3%-i iş yerindən ayrıldığını, 7,6%-i yığdığı pulları xərclədiyini, 47%-i planlarının təxirə düşdüyünü qeyd edib. Sorğu iştirakçılarının 8,8%-i üçün pandemiyanın heç bir təhlükəsi olmayıb.

Respondentlərin vaksinasiya prosesinə münasibətinə gəlincə, sorğu iştirakçılarının 51,5%-i artıq peyvənd olunduğunu, 13,1%-i qısa müddətdə vaksinasiya olunacağını qeyd edib. Cavab verənlərin 18,3%-i yalnız iş və ya səyahət üçün məcbur qaldığı halda peyvənd olunacağını, 11,1%-i bu barədə düşünmədiyini, 6%-i isə bütün növ peyvəndlərə qarşı olduğunu vurğulayıb.

Sonuncu sualla respondentlərin 59%-i üçün koronavirusun ciddi təhlükə olduğunu, 41%-i üçün isə o qədər də təhlükəli olmadığını müəyyənləşdirmək olub.

Qeyd edək ki, MTM davamlı olaraq cəmiyyətdə baş verən müxtəlif proseslərə münasibəti öyrənmək üçün bu tip sosial sorğular təşkil edir.

Xəbər lenti
0