Bakı metropolitendə havalandırma sistemi necə işləyir?

© Sputnik / Murad OrujovBakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il
Bakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il - Sputnik Azərbaycan, 1920, 29.07.2021
Abunə olmaq
Araşdırmalar nəticəsində köhnə qrafikin nəinki səmərəsiz, hətta bəzi məqamlarda əks təsirli olduğu aşkar edilib. 2018-ci ildə iki mərhələli yay və qış qrafiki 4 mərhələli - yay, payız, qış və yaz qrafiki ilə əvəzlənib.

BAKI, 29 iyul — Sputnik. Yeraltı nəqliyyat vasitəsi kimi metropolitendə havalandırmanın təşkili mühüm əhəmiyyət kəsb edir. Ventilyasiya sistemi təbii və süni olmaqla yer səthindən hava kütləsinin metropoliten obyektlərinə daxil və xaric edilməsini nəzərdə tutan prosesdir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti havalandırma sisteminin fəaliyyəti haqda məlumat verib.

"Bakı Metropoliteni"dən bildirilir ki, havalandırma sisteminin səmərəli işi həm də ventilyatorların iş qrafikinin düzgün təşkilindən asılıdır: "Araşdırmalar nəticəsində köhnə qrafikin nəinki səmərəsiz, hətta bəzi məqamlarda əks təsirli olduğu aşkar edilib. 2018-ci ildə iki mərhələli yay və qış qrafiki 4 mərhələli - yay, payız, qış və yaz qrafiki ilə əvəzlənib. Yeni qrafik stansiyalarda temperatur rejimini, iqlim şəraitinin ən optimal göstəricilərini daha asan şəkildə təmin etməklə yanaşı, iqtisadi səmərəliliyi ilə fərqlənir".

Metropolitendən bildirilib ki, yeni qrafikin səmərəsini stansiya və tunellərdə mikroiqlim şəraitinin bir neçə aspektdən (havanın hərarəti, rütubət göstəriciləri, axın istiqamətləri, oksigenin miqdarı) aparılan monitorinqlər təsdiq edib. Stansiyalarda vəziyyət barədə əldə olunan məlumatın reallığı tam əks etdirməsi üçün ölçmələr hər stansiyanın 15-20 nöqtəsində aparılır:

"Məlumdur ki, yeni tip koronavirus infeksiyası olan COVID-19-un 2020-ci ilin mart ayından bütün dünyada geniş yayılması səbəbilə pandemiya vəziyyəti elan edilib. Bu virusun özəlliklərindən biri hava yolu ilə bir insandan digərinə keçməsi və qapalı məkanlarda daha sürətlə yayılmasıdır. Belədə metropoliten yoluxmanın böyük risk sahələrindən birinə çevrilir".

Qeyd edək ki hazırda 84-ü Bənövşəyi xətdə olmaqla ventilyasiya şaxtalarında quraşdırılmış 93 belə dampfer həm məcburi, həm də təbii hava axınının istiqamətini optimallaşdırır. Ən vacib məsələ bu sistemlərin Qırmızı və Yaşıl xətlərdə tətbiqidir. Şaxtalarda ilk dampferlərin quraşdırılmasına 2020-ci ildən başlanılıb. Artıq “Memar Əcəmi”, “20 Yanvar”, “Nizami”, “Ulduz”, “Qara Qarayev”, “Həzi Aslanov” stansiyaları və “Nərimanov- Koroğlu” sahəsində cəmi 9 dampfer quraşdırılıb.

Həmçinin oxuyun:

* Vaqonlar vandalizmə məruz qalıb? Metropoliten məsələyə aydınlıq gətirdi

Metropoliten bir həftəlik sərnişindaşıma statistikasını açıqladı

Xəbər lenti
0