10:05 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0154
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
3495 0 0

Bakı Ağır Cinayətlər Məhkəməsin qərarına əsasən Dubakov cəzası başa çatandan sonra Azərbaycan hüdudlarından məcburi çıxarılmalıdır.

BAKI, 22 iyul — Sputnik. Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Dubakov 10 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bundan başqa hökmdə qeyd edilib ki, E.Dubakov cəzası başa çatandan sonra Azərbaycan hüdudlarından məcburi çıxarılmalıdır.

Qeyd edək ki, daha əvvəl E. Dubakov son söz deyərək özünü təqsirli bilmədiyini və məhkəmənin ədalətinə inandığını deyib.

Qeyd edək ki, ittihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib. Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Əsas mövzular