05:19 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
1898 0 0

Mərasimdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidin ailə üzvləri iştirak ediblər.

BAKI, 22 iyul — Sputnik. Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan parkın açılış mərasimi keçirilib.

Xətai rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Xətai rayonunda yerləşən park bu gündən istifadəyə verilib.

Mərasimdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidin ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, parkda həmçinin abidə kompleksi də yaradılıb. Polad Həşimovun və 8 şəhidin xatirə lövhəsi vurulub.

Xatırladaq ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. 

Ordumuz düşmənin hücum cəhdinin qarşısını alır və geri oturdur. İyunun 12-dən 13-nə keçən gecə eyni məkanda gərgin anlar davam edir. Üçüncü Ordu Korpusunun qərargah rəisi Polad Həşimovun da qatıldığı gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilir.

İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin yeddi hərbi qulluqçusu, o cümlədən Polad Həşimov şəhid olub.

Əsas mövzular