02:40 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
899 0 0

Birləşmiş Ştatlar hər iki tərəfi qısa zamanda gərginliyi azaltmağa, məsələni sülh yolu ilə həll etməyə və substantiv danışıqların bərpası üçün əlverişli atmosferin yaradılmasına çağırıb.

BAKI, 20 iyul - Sputnik. Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrdən narahatdır.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında bildirilir. 

Sənəddə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun atəşə tutulması ilə müşayiət edilən son hadisələrə diqqət çəkilib. 

"Hər iki tərəfi qısa zamanda gərginliyi azaltmağa, məsələni sülh yolu ilə həll etməyə və substantiv danışıqların bərpası üçün əlverişli atmosferin yaradılmasına çağırırıq”, - deyə səfirliyin Facebook səhifəsində yayımlanan məlumatda bildirilir. 

Qeyd edək ki, iyulun 19-u saat 17:00-da, 20:50-də və 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əsas mövzular