Göygöldə hərbçilər qəzaya uğrayıb, çox sayda xəsarət alan var

© AFP 2023Колонна с азербайджанскими военными в Лачинском районе, фото из архива
Колонна с азербайджанскими военными в Лачинском районе, фото из архива  - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Abunə olmaq
DİN-in məlumatına görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb.

BAKI, 17 iyul — Sputnik. Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarına (DQ) məxsus "Ural" markalı avtomobil aşıb.

DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bununla bağlı sosial şəbəkədə bildirib ki, hadisə rayonun Aşıqlı kəndində günorta saatlarında baş verib: "Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb.

Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olması səbəbindən isə hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb".

E.Zahidov qeyd edib ki, faktla bağlı hazırda araşdırma aparılır.

Qeyd edək ki, iyunun 16-ı saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) yol qəzasında ölən hərbi qulluqçularına şəhid statusu verilib.

Bu il yanvarın 12-də isə Şuşa istiqamətində də hərbçilər qəzaya düşmüşdü. Avtomobil qəzasında ağır xəsarət alan Azərbaycan ordusunun hərbçisi - Xudat rayon sakini, 1998-ci il təvəllüdlü Məmmədov Kamil Şamil oğlu yanvarın 28-də hospitalda həyatını itirmişdi.

Xəbər lenti
0