Ermənistanda əsgər əsgəri güllələdi

© AFP 2023 / ARIS MESSINISАрмянский военнослужащий, фото из архива
Армянский военнослужащий, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Abunə olmaq
İyulun 16-sı saat 21:40-da N saylı hərbi hissəsinin əsgəri Kazaryan döyüş növbəsində olduğu zaman aldığı güllə yarasından həlak olub

BAKI, 17 iyul — Sputnik. Ermənistanda əsgər əsgəri güllələdi.

Ermənistanda 2001-ci il təvəllüdlü Artur Kazaryan aldığı güllə yarasından ölüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, iyulun 16-sı saat 21:40-da N saylı hərbi hissəsinin əsgəri Kazaryan döyüş növbəsində olduğu zaman aldığı güllə yarasından həlak olub. Onun ölümünə səbəb əsgər yoldaşının silahla ehtiyatsız davranmasıdır.

Erməni əsgərləri itkin düşüb

İyulun 14-də isə Ermənistanın iki hərbi qulluqçusu itkin düşüb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyulun 14-də sübh çağı, hərbi qulluqçular Arhur Nalbandyan və Aramais Torozyanın (sürücü) getdiyi maşınla əlaqə kəsilib. Onların Ermənistan Respublikasının cənub-şərq istiqamətində dumana düşdüyü bildirilir.

Hərbçilərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları həyata keçirilməkdədir.

 

Xəbər lenti
0