17:59 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
7 0 0

Kitabın çapa hazırlandığı dövrdə nəşrin rəssamı Vho Hee Cho Azərbaycanda yaradıcılıq səfərində olub, yazıçı Sevinc Nuruqızı isə Asiya Mədəniyyət Mərkəzinin dəvəti ilə Cənubi Koreyanın Kvanju şəhərində keçirilən vorkşoplara qatılıb.

 

BAKI, 16 iyul — Sputnik. Uşaq yazıçısı Sevinc Nuruqızının "Ağca və Cuppulu" hekayəsi Cənubi Koreya Respublikasında Azərbaycan, Koreya və ingilis dillərində işıq üzü görüb. Sputnik Azərbaycan xəbər verir ki, kitab Cənubi Koreyadakı Asiya Mədəniyyət Mərkəzinin "Asiya ölkələrinin şəkilli kitab layihəsi" çərçivəsində nəşr edilib.

Kitabda cəbhə bölgəsində yaşayan Sürəyya, onun gəlinciyi Cuppulu və sevimli göyərçini Ağcanın dostluğundan bəhs olunur.

Tərcüməçisi Jehong Hee Lee olan kitab hekayənin baş qəhrəmanı Sürəyyanın şərəfinə "Sürəyyanın izində" adlandırılıb. Müharibə gedən bölgələrdə yaşayan azərbaycanlı uşaqların çətin həyatından bəhs edən kitab "Uşaqlar, gəlinciklər və göyərçinlər sülh istəyir" başlığı ilə nəşr edilib.

Kitabın çapa hazırlandığı dövrdə nəşrin rəssamı Vho Hee Cho Azərbaycanda yaradıcılıq səfərində olub, yazıçı Sevinc Nuruqızı isə Asiya Mədəniyyət Mərkəzinin dəvəti ilə Cənubi Koreyanın Kvanju şəhərində keçirilən vorkşoplarda iştirak edib.

Onu da qeyd edək ki, müəllifin eyniadlı hekayəsi ölkəmizdə də Azərbaycan, rus və ingilis dillərində nəşr olunub.

Qeyd edək ki, Sevinc Nuruqızının bir çox əsərləri əcnəbi dillərə tərcümə olunub. Bundan başqa, ondan artıq şeirinə musiqilər bəstələnib. Qarabağ ağrıları, müharibənin gətirdiyi dəhşətlər, əsir soydaşlarımızın işgəncə dolu həyatına həsr edilmiş "Qisas" adlı pyesi Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, "Gəlinciklər" adlı tamaşası Salyan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulub. O, dövri mətbuatda dərc edilən yüzlərlə publisistik yazının müəllifidir. Əsərləri dövlət tərəfindən yüksək qiymətləndirilib, bir çox mükafatlara layiq görülüb.

Əsas mövzular