Bu günki qəbul imtahanlarının düzgün cavabları açıqlandı

© Sputnik / Rahim MuradovPandemiya zamanı imtahan
Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Dövlət İmtahan Mərkəzi qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını abituriyentlərə təqdim edib.

BAKI, 15 iyul — Sputnik. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu üzrə iyulun 15-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb. Sputnik Azərbaycan-ın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablar abituriyentlərə təqdim edilib:

II ixtisas qrupu (Azərbaycan bölməsi);

https://eservices.dim.gov.az/exam/2021/_a2.htm

II ixtisas qrupu (rus bölməsi).

https://eservices.dim.gov.az/exam/2021/_r2.htm

Qeyd edək ki, bu gün II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq. II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.

İmtahanların idarə olunmasına 75 ümumi imtahan rəhbəri, 249 imtahan rəhbəri, 1647 nəzarətçi-müəllim, 157 buraxılış rejimi əməkdaşı, 75 bina nümayəndəsi ayrılıb. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub. 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Xəbər lenti
0