18:59 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
91 0 0

Kənd sakini, 1990-cı il təvəllüldü Ocaqquliyev Ramal Kamal oğlu Bənövşəli yaylağında mal-qara otaran zaman minaya düşüb

BAKI, 15 iyul — Sputnik. Göygöl sakininin rayon ərazisində minaya düşməsi ilə bağlı cinayət işi açılıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Göygöl Rayon Prokurorluğunun açıqlamasında deyilir.

Qeyd olunur ki, iyulun 14-də saat 21 radələrində bir nəfər şəxsin rayon ərazisində minaya düşərək həlak olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq və polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, iyulun 14-də Göygöl rayonunun Mollacəlilli kənd sakini, 1990-cı il təvəllüdlü Ocaqquluyev Ramal Kamal oğlu Vətən müharibəsinədək Azərbaycan Ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındaki minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən "Bənövşəli yaylağı" adlanan ərazidə kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

-----------------

14.07.2021

22:13

Göygöl rayon sakini minaya düşərək həyatını itirib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bənövşəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1990-cı il təvəllüldü Ocaqquliyev Ramal Kamal oğlu Bənövşəli yaylağında mal-qara otaran zaman minaya düşüb. O, aldığı xəsarətlərdən həyatını itirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Füzulidə kaset bombasının partlaması nəticəsində bir nəfər yaralanıb

İyulun 12-də saat 11 radələrində “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlu işğaldan azad edilmiş Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsində Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qarabağda mina qurbanları 

Baş Prokurorluğun məlumatına görə, 2020-ci il noyabrın 10-dən bəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeddi hərbçi və 20 mülki şəxs mina düşərək həlak olub, daha 86 hərbçi və 29 mülki şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Mina xəritələrinin verilməsi
Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

İyulun 3-də isə Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Əvəzində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Eləcə də oxuyun:

Teqlər:
mina, Göygöl, sakin, partlayış, həlak, cinayət işi

Əsas mövzular