Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibi təsdiq edilib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 14.07.2021
Abunə olmaq
Dövlət başçısı Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

BAKI, 14 iyul — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilib:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri.

"Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 fevral tarixli 3694 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 297) ləğv edilib.

Qeyd edək ki, Dövlət Qulluğunu İdarəetmə Şurası "Dövlət qulluğu haqqında" qanunun 5.1-ci maddəsinə uyğun olaraq həmin qanunun tətbiqinə nəzarəti və dövlət qulluğunun normativ-metodik təminatını həyata keçirir, Azərbaycanda dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyənləşdirir.

Şura aşağıdakı əsas funksiyaları həyata keçirir: vahid dövlət kadr siyasətinin formalaşdırılmasında iştirak, dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsi, dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların və metodik göstərişlərin layihələrinin hazırlanması və həmin sənədlərin hazırlanmasında dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və s.

"Dövlət qulluğu haqqında" qanunun 5-ci maddəsinə görə, bu qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən edilir. Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.

Xəbər lenti
0