İlham Əliyev Kəmaləddin Heydərovla bağlı sərəncam verdi

© Sputnik / Murad OrujovГлава МЧС Кямаледдин Гейдаров
Глава МЧС Кямаледдин Гейдаров  - Sputnik Azərbaycan, 1920, 14.07.2021
Abunə olmaq
Kəmaləddin Heydərov Azərbaycan Respublikasının I fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir.

BAKI, 14 iyul — Sputnik. Kəmaləddin Fəttah oğlu Heydərov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Kəmaləddin Heydərov Azərbaycan Respublikasının I fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir.

Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışıb. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilib.

Xəbər lenti
0