Qax rayonunda bir əsrdən çox yaşı olan məscid uçub

© Photo : Eldeniz AbbasovQax rayonunun Qaratala kəndində
Qax rayonunun Qaratala kəndində - Sputnik Azərbaycan, 1920, 14.07.2021
Abunə olmaq
Həmin məscid Sovet dönəmindən əvvəl tikilib. Sovet hökuməti Azərbaycanda bərqərar olduğu vaxtlarda digər məscidlər kimi, həmin məsciddən də anbar kimi istifadə olunmağa başlanılıb.

BAKI, 14 iyul — Sputnik. Qax rayonunun Qaratala kəndində bir əsrə yaxın yaşı olan məscid uçub.

Kənd sakini Eldəniz Abbasovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, həmin məscid sovet dönəmindən əvvəl tikilib:

"Sovet hökuməti Azərbaycanda bərqərar olduğu vaxtlarda digər məscidlər kimi, həmin məsciddən də anbar kimi istifadə olunmağa başlanıldı. Həmin dövrdə kolxozun tütünü, gübrəsi, taxılı ora yığılırdı. Azərbaycan müstəqil olandan sonra digər məscidlər bərpa olunsa da, bu məscidə əncam çəkən olmadı. Dəfələrlə aidiyyəti orqanlara müraciət olunsa da, baxan, onu təmir edən olmayıb".

Kənd sakininin sözlərinə görə, bir müddət öncə sözügedən məscidin bir hissəsi uçmuşdu, indi isə tamamilə uçub:

"Hər məscidin uçacağını gözləyirdik, səksəkədə idik. Çünki həmişə orada uşaqlar oynayırdılar, heyvanlar ətrafında gəzirdi. Qorxurduq ki, bina uçar, kimsə zərər çəkər. Xoşbəxtlikdən məscid səhər saatlarında uçdu. Heç kəsə ziyan dəyməyib".

Xəbər lenti
0