05:39 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Nazirlik bildirir ki, birinci siniflərə qəbulla bağlı övladının müsabiqə nəticəsindən narazı olan valideynlər iyulun 16-dək apellyasiya müraciəti edə bilərlər.

BAKI, 13 iyul — Sputnik. Təhsil Nazirliyi valideynlərə müraciət edib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı övladının müsabiqə nəticəsindən narazı olan valideynlər iyulun 16-dək apellyasiya müraciəti edə bilərlər. Müraciətləri Təhsil Nazirliyi tərəfindən yaradılmış mqtn-apellyasiya@edu.gov.az elektron poçt ünvanına göndərmək lazımdır.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün keçirilən onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır. Onlayn Apellyasiya komissiyasının yaradılmasının əsas məqsədi mövcud sanitar-epidemioloji vəziyyətdə vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərarların qəbul olunmasının təmin edilməsindən ibarətdir.

Xatırladaq ki, bu tədris ilində birinci siniflərə 165511 uşaq qəbul edilib.

Əsas mövzular