17:26 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
28 0 0

Bu ilin 5 ayında pensiyaçılara 1 milyard  958 milyon 600 min manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya 4,5% çoxdur.

BAKI, 13 iyul — Sputnik. İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.

Bu məlumatı Sputnik Azərbaycan-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən veriblər.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları iyulun 8-də ödənilib.

Pensiya təminatının gücləndirilməsi istiqamətində atılan addımlar bu istiqamət üzrə ödənilən vəsaitlərin də artımı ilə nəticələnir.

2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard  958 milyon 600 min manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən  84,1 mln. manat və ya 4,5% çoxdur.

Pensiyalarda artım dinamikasının davamı kimi, bu ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4% indeksasiya edilərək artırılıb və artım 1,14 milyon pensiyaçını əhatə edib. Həmçinin araşdırmalar nəticəsində 12809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilərək həmin şəxslərin pensiyaları artırılıb.

Avtomatlaşdırılmış pensiya təyinatı sisteminin fəaliyyətinin davamı olaraq son beş ayda 12,6 min şəxsə e-qaydada olmaqla proaktiv şəkildə pensiya təyin edilib.

Xatırladaq kİ, 2021-ci il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1228,8 min (2020-ci il yanvarın 1-i vəziyyətinə 1270,6 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir. Onların 58,3 faizi yaşa, 30,4 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 302,2 manat təşkil etmiş və orta aylıq əmək haqqının 42,7 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 5 fevral tarixli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Əsas mövzular