20:01 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
27 0 0

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" üzərindən ona müraciət edən vətəndaşlarla bundan sonra telefon bağlantısı da quracaq.

BAKI, 13 iyul — Sputnik. Sosial şəbəkə üzərindən daxil olan müraciətlərə xüsusi diqqət ayıran "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" üzərindən ona müraciət edən vətəndaşlarla bundan sonra telefon bağlantısı da quracaq.

"Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla da onların problemlərinin daha operativ həllinə çalışılacaq.

"Artıq neçə gündür ki, bu təşəbbüsə start verilib. Telefon danışığı zamanı baş direktor Birliyin müvafiq struktur rəhbərlərini də qrup zənginə qoşaraq ünvanlanan müraciətlərin qısa müddət ərzində həllini tapması ilə bağlı qeydə alınan müraciətlərin icrasının nə yerdə olması ilə də maraqlanır. Bununla da, qrup zənglərə qoşulmaq struktur rəhbərlərini vətəndaş müraciətlərinə məsuliyyətlə yanaşmağa vadar edəcək".

Qurum vətəndaşlara müraciət edərək, öz fikirlərini sərbəst ifadə etməyə çağırıb: "Vətəndaşların problemlərinin daha operativ şəkildə həllini tapması üçün bundan sonra gün ərzində ayrı-ayrı saatlarda "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyevin zənglərini qəbul edəcəksiniz. Belə zənglər zamanı fikirlərinizi sərbəst səsləndirməkdən çəkinməyin".

Aşağıdakı sosial şəbəkə ünvanında videomaterialla tanış ola bilərsiniz:

https://www.facebook.com/azeriqazaz/videos/1258427771268185

Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bundan əvvəl də "Facebook" üzərindən canlı yayım edərək vətəndaşların problemlərini birbaşa dinləyib. O, qaz təsərrüfatına dair sualları sosial şəbəkə üzərindən cavablandırır.

Əsas mövzular