Ukraynalı qadın ona xəyanət edən həmyerlimizi bıçaqlayıb

© Sputnik / Stringer / Mediabanka keçidПолиция Украины, фото из архива
Полиция Украины, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.07.2021
Abunə olmaq
Qadın ilkin ifadəsində mübahisənin ərinin ona başqa qadınlarla xəyanət etməsinə səbəb olan faktları göstərməsi, qarşı tərəfin isə sərt reaksiya verməsi ilə yarandığını bildirib.

BAKI, 11 iyul — Sputnik. Ukraynanın Kiyev vilayətinin Vasilkovskıy qəsəbəsində yerli millətdən olan 41 yaşlı qadın vətəndaş nikahında olduğu azərbaycanlı ərini bıçaqlayıb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu 38 yaşlı Ruslan Nadimovdur.

Onun hazırda vəziyyəti orta ağırdır. Hadisəni törədən qadın saxlanılıb.

O, ilkin ifadəsində mübahisənin ərinin ona başqa qadınlarla xəyanət etməsinə səbəb olan faktları göstərməsi, qarşı tərəfin isə sərt reaksiya verməsi ilə yarandığını bildirib.

Cütlük arasındakı mübahisə yaşadıqları evdə içki masası ətrafında baş verib. Qadına yerli Cinayət Məcəlləsinin 121-ci maddəsi ilə iş açılıb.

Xəbər lenti
0