17:20 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Hər iki yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xoşbəxtlikdən ölən və yaralananlar yoxdur.

BAKI, 11 iyul — Sputnik. Masallı rayonunun Köhnə Alvadı kəndində həyətyanı ərazidə dülgər sexi kimi fəaliyyət göstərən, ümumi sahəsi 350 kvadratmetr olan talvarın yanar konstruksiyaları 300 kvadratmetr sahədə, altına yığılan 2 ədəd kəsici dəzgah və taxta məmulatlar qismən yanıb.

Sputnik Azərbaycan xəbər verir ki, yüksək temperaturdan bitişik ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 150 kvadratmetr) olan ikimərtəbəli evin 5 ədəd plastik pəncərə çərçivəsi əriyib, dam örtüyü 20 kvadratmetr sahədə qarsalanıb və ümumi sahəsi 45 kvadratmetr olan tövlənin şiferdən ibarət dam örtüyü 20 kvadratmetr sahədə dağılıb.

Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Suraxanı rayonunda isə üçmərtəbəli fərdi evdə yanğın baş verib.

Ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 100 kvadratmetr) olan üçmərtəbəli evin 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başq, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 500 m² olan bir dam altında tikilən 7 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun yanar konstruksiyaları 18 m² sahədə və içərisində təmirə dayanan "Mercedes" markalı mikroavtobusun yanar hissələri yanıb. Qeyd olunub ki, bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əsas mövzular