Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən kapitanının nəşi tapılıb

© Sputnik / Rahim MuradovŞəhid mayor Anar Novruzovun dəfn mərasimi
Şəhid mayor Anar Novruzovun dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 10.07.2021
Abunə olmaq
Kapitan Pənahov Əkbər Bəylər oğlu doqquz ay əvvəl Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

BAKI, 10 iyul — Sputnik. Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

Sputnik Azərbaycan xəbər verir ki, 9 aydır itkin düşən kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub.

Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.

Xəbər lenti
0